Haqqımızda

RU | EN

“Miss Azerbaijan” Milli gözəllik müsabiqələri respublikamızda 1996-cı ildən etibarən keçirilir.“Miss Azerbaijan” müsabiqəsində iştirak etmək hər bir gözəl qız qarşısında yeni imkanlar açır. Bizim qaliblərimiz və finalçılarımız beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentlikləri, internet saytları, jurnallar və s. yaradır. Ölkəmizdə həyata keçirilən Gender siyasəti qızlarımızın bu imkanlardan sərfəli istifadə edə bilməsinə qeniş imkan yaradır və “Miss Azerbaijan” Milli gözəllik müsabiqəsinin keçirilməsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir.

2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqənin adı yeniləndi. Hazırda müsabiqənin rəsmi adı “MISS & MISTER AZERBAIJAN”-dır. Təsdiq və tərtib edilmiş senariyə əsasən müsabiqə 6 ay davam edir. Bu müddət ərzində kastinqlər, məşğələlər, müxtəlif  təqdimat tədbirləri, yarımfinal və final, onlayn və sms səsvermələr keçirilir. Müsabiqənin final mərhələsi paytaxtımızın ən gözəl məkanlarından birində baş tutur.

Müsabiqənin təsisçi və təşkilatçısı -Orduxanova Anelya Abdullayevnadır.
İxtisasca jurnalist, publisist və yazıçıdır.
Uzun müddət «Молодежь Азербайджана» qəzetinin baş redaktor müavini işləmışdir. Gənclər üçün olan “Cocktail” qəzetinin, “Ceyla” qadın jurnalının “Dekor Society” ictimai nəşrlərin  təsisçisi və baş redaktorudur. «Qızıl qələm» mükafatının laureatıdır. «İlin vətənpərvər qadını» fəxri ada və «Azərbaycan bayrağı» diplomu ilə mükafatlatlandırılmışdı.

Müsabiqənin ssenarisi ümumu bu şəkildədir.

Biz əməkdaşlıq əsasında hər bir təzə ideyaya və təklifə, həmçinin müsabiqənin keçirilmə formatına inovasiya qətirilməsinə hazırıq!

“Miss Azerbaijan” Milli gözəllik müsabiqələrinin təsisçisi və təşkilatçısı,
Təşkilat Komitəsinin sədri Orduxanova Anelya Abdullayevna.

Məlumat üçün:

2006-cı ilə qədər “Miss Azerbaijan” Milli gözəllik müsabiqələri Azərbaycan Mədəniyyət Nazirliyin lisenziyası əsasında keçirilirdi. 2006-cı ildən sonra Nazirliy yeni qaydalara əsasən mədəni-kütləvi tədbirlərin və o cümlədən müsabiqələrin keçirilməsinə lisenziya verilməsini ləğv etdi.

“Miss Azerbaijan” Milli gözəllik müsabiqələrinin keçirilməsi üçün hazırda hüquqi əsas aşağıdakı təşkil edir:

  • Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Orduxanova Anelya Abdullayevnanın adına verdiyi 7192 nömrəli 29.05.2012-ci il tarixli Qeydiyyat Şəhadətnaməsi.
  • Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Orduxanova Anelya Abdullayevnanın adına verdiyi 20130462 nömrəli 23.04.2013-cü il tarixli Qeydiyyat Şəhadətnaməsi.
  • Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Orduxanova Anelya Abdullayevnanın adına verdiyi “Mister Azerbaijan” Əmtəə nişaninin qeydiyyata alınması haqqında QƏRAR (16.11.2015-ci il).
© Copyright 1996 - 2017, NBC "MISS & MISTER AZERBAIJAN", All Rights Reserved.